Çağırışçıların qoşun növləri üzrə bölünməsi yekunlaşır - FOTOLAR

2024/01/27a93-1706171748.jpg
Oxunub: 547     12:20     25 Yanvar 2024    
Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin aparatında müddətli həqiqi hərbi xidmətə yanvar çağırışının gedişi ilə bağlı Mərkəzi Çağırış Komissiyasının iclası keçirilib.

Bu barədə Ordu.az-a Səfərbərlik və Hərbi Xidmət üzrə Dövlət Xidmətindən məlumat verilib.

Dövlət Xidmətinin rəisi Mürsəl İbrahimov vətəndaşların müddətli həqiqi hərbi xidmətə çağırılmasının, bu istiqamətdə qarşıya qoyulmuş vəzifələrin uğurla icra edildiyini iştirakçıların diqqətinə çatdırıb. Azərbaycan Respublikası Prezidentinin “Azərbaycan Respublikası vətəndaşlarının 2024-cü il yanvarın 1-dən 30-dək müddətli həqiqi hərbi xidmətə çağırılması və müddətli həqiqi hərbi xidmət hərbi qulluqçularının ehtiyata buraxılması haqqında” Sərəncamına uyğun olaraq çağırışçıların qoşun növləri üzrə bölgüsünün həyata keçirildiyini, onların təyin olunduqları hərbi hissələrə göndərilməsi prosesinin yekunlaşmaqda olduğunu bildirib.

Mərkəzi Çağırış Komissiyasının iclasında Silahlı Qüvvələrin müddətli həqiqi hərbi xidmət hərbi qulluqçuları ilə keyfiyyətlə komplektləşdirilməsi məqsədilə görülən işlər, həmçinin gündəliyə çıxarılan məsələlər müzakirə olunub.

İclasın sonunda gündəlikdə olan məsələlərlə bağlı müvafiq qərarlar qəbul edilib.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

Foto


Teqlər: Çağırışçılar   Qoşun-növləri   Bölünmə  


Bizi "telegram"da izləyin