Ordu.az xəbər verir ki, Danimarkanın müdafiə imkanlarını yeniləmək və NATO məqsədlərinə çatmaq üzrə daha geniş öhdəliyinin bir hissəsi olaraq, rəsmi Kopenhagen pilotsuz uçuş aparatlarına sərmayələr yatıracaq.
Məlumata görə, bu PUA-lar Arktika və Şimali Atlantikada artan hərbi fəaliyyətləri izləmək üçün nəzərdə tutulub. Arktikanın buz təbəqəsinin əriməsi getdikcə daha çox əhəmiyyət kəsb edir və bu, resurslar, strateji marşrutlar uğrunda qlobal rəqabətə gətirib çıxarır.
Qrenlandiya və Farer adalarının müdafiəsinə cavabdeh olan Danimarka bu sərmayənin bu bölgələrdə təhlükəsizliyin təmin edilməsi üçün həyati əhəmiyyət kəsb etdiyini düşünür.
Danimarkanın müdafiə naziri Troels Lund Poulsen Danimarkanın Arktika və Şimali Atlantikada təhlükəsizlik üçün daha çox məsuliyyət daşıyacağını və hərtərəfli müdafiə strategiyası təyin etdiklərini açıqlayıb.
Sevinc Əliyeva
Ordu.az