Hərbi hissələrdə sıra baxışları keçirilir, döyüş texnikası və silahlar yoxlanılır - VİDEO (FOTOLAR)

2024/01/46ad6-1706074540.jpg
Oxunub: 854     09:28     24 Yanvar 2024    
Müdafiə naziri general-polkovnik Zakir Həsənovun təsdiq etdiyi 2024-cü ilin hazırlıq planına uyğun olaraq, Azərbaycan Ordusunun qoşun növləri, birlik, birləşmə və hərbi hissələrində yeni tədris dövrünə hazırlıq prosesi davam edir.

Bu barədə Ordu.az-a Müdafiə Nazirliyindən məlumat verilib.

Yeni tədris dövrünə hazırlıq prosesi ilə əlaqədar hərbi hissələrdə sıra baxışları keçirilir, maddi-tədris bazaları, təlim şəhərcikləri, döyüş texnikası və silahlar, eləcə də şəxsi heyətin təchizatı yoxlanılır.

Bundan başqa, rəhbəredici və digər normativ sənədlərin tələblərinin icrası, tədris vəsaitlərinin mövcudluğu və tətbiqi yoxlanılır.


Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

Foto


Teqlər: Müdafiə-Nazirliyi   Yoxlama  


Bizi "telegram"da izləyin