Astanada 20 Yanvar qurbanlarının xatirəsi anılıb - FOTOLAR

2024/01/65ab8-1705745385.jpg
Oxunub: 447     12:59     20 Yanvar 2024    
Astanada 20 Yanvar faciəsi qurbanlarının xatirəsi anılıb.

Ordu.az xəbər verir ki, əvvəlcə səfirlikdə mərasim iştirakçıları faciə qurbanlarını bir dəqiqəlik sükutla yad ediblər.

Azərbaycanın Qazaxıstandakı fövqəladə və səlahiyyətli səfiri Ağalar Atamoğlanov çıxış edərək, qanlı 20 Yanvar hadisələri barədə məlumat verib, həmin hadisələr zamanı Sovet qoşunları tərəfindən çox sayda günahsız insanın amansızcasına qətlə yetirildiyini qeyd edib.

Sonda tədbir iştirakçıları faciəni əks etdirən foto-sərgi ilə tanış olublar.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

Foto


Teqlər: Astana   20-Yanvar  


Bizi "telegram"da izləyin