Qarabağ bölgəsində ermənilərin növbəti silah-sursat anbarı aşkarlanıb - VİDEO (FOTOLAR)

2024/01/c20eb-1705392485.jpg
Oxunub: 726     12:03     16 Yanvar 2024    
Azərbaycan Silahlı Qüvvələri tərəfindən həyata keçirilən lokal xarakterli antiterror tədbirlərindən sonra Qarabağ iqtisadi rayonunda tərk edilmiş tikililərə baxış zamanı növbəti silah-sursat anbarı aşkar edilib.

Bu barədə Ordu.az-a Müdafiə Nazirliyindən məlumat verilib.

Ermənistan silahlı qüvvələri birləşmələrinin və qeyri-qanuni erməni silahlı dəstələrinin hərbi məqsədlər üçün istifadə etdiyi mülki təyinatlı infrastrukturdan silah və sursatla dolu yeşiklər, müxtəlif tipli qumbaraatanlar üçün mərmilər, piyada və tank əleyhinə minalar və raketlər müsadirə edilib.


Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

Foto


Teqlər: Azərbaycan   Qarabağ   Silah   MN  


Bizi "telegram"da izləyin