Xaçmazda həlak olan hərbçimizin anım mərasimi keçirilib - FOTOLAR

2024/01/f0e50-1705066705.jpg
Oxunub: 646     17:34     12 Yanvar 2024    
Laçın rayonunda, çətin relyefli dağlıq ərazidə hərbi nəqliyyat vasitəsinin qəzaya uğraması nəticəsində həlak olan Azərbaycan Ordusunun hərbi qulluqçusu Səxavət Fərasət oğlu Axundovun Xaçmaz rayonunun Sayad kəndində anım mərasimi keçirilib.

Xaçmaz Rayon İcra Hakimiyyətinin başçısı Elnur Rzayev, YAP Xaçmaz rayon təşkilatının sədri Məhəmməd Balaqadaşov, yerli hüquq-mühafizə orqanlarının rəhbərləri, şəhid ailələri, qazilər və kənd sakinlərinin iştirak etdiyi mərasimdə şəhidlərimizin ruhuna dualar oxunub. Səxavət Axundovun keçdiyi qısa, lakin şərəfli ömür yolundan, göstərdiyi şücaət və qəhrəmanlıqlardan danışılıb.

Rayon İcra Hakimiyyətinin başçısı Elnur Rzayev həlak olan hərbçimizin yaxınlarına dərin hüznlə başsağlığı verərək ona Allahdan rəhmət diləyib. Vətən uğrunda canından keçmiş qəhrəman oğulları xalqımızın heç zaman unutmayacağını, onların daim qəlblərdə yaşayacağını bildirib.

Səxavət Axundovun atası Fərasət Axundov göstərilən diqqət və qayğıya görə Prezident İlham Əliyev və Birinci vitse-prezident Mehriban Əliyevaya minnətdarlıqını ifadə edib.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

Foto


Teqlər: Xaçmaz   Anım-mərasimi  


Bizi "telegram"da izləyin