Ordu.az xəbər verir ki, o, bir çox soydaşlarımız kimi, Azərbaycanın ərazi bütövlüyü və Qarabağın Azadlığı uğrunda gedən döyüşlərə könüllü olaraq qatılıb.
Evin tək övladı olan Q. Teymurov ermənilərin azərbaycanlı kəndlərinə edilən bir çox hücum əməliyyatlarının qarşısının alınmasında yaxından iştirak edib. Əsas döyüş yolu Kəlbəcər və Füzuli rayonları ərazisində olub.
Şəhadətinin 30 ilində anılan şəhidin anım gününə döyüş dostları, müharibə iştirakçılar və şəhid ailələrinin üzvləri, kənd sakinləri iştirak ediblər.
Qeyd edək ki, Qənimət Xasay oğlu Teymurov 1974-cü il oktyabrın 20-də Bərdə rayonu Lənbəran kəndində anadan olub. 1994-cü il yanvarın 12-də Kəlbəcər rayon Yanşaq kəndi ərazisində şəhid olub.
Daşqın Güneyli
Ordu.az