Yeni Kaledoniyada Fransaya qarşı etiraz aksiyası keçirilib, Azərbaycan bayraqları qaldırılıb - VİDEO+FOTOLAR

2024/01/a8f99-1704953112.jpg
Oxunub: 511     09:44     11 Yanvar 2024    
Yanvarın 11-də Yeni Kaledoniya parlamentinin (Konqres) qarşısında etiraz aksiyası keçirilib.

Ordu.az xəbər verir ki, aksiya iştirakçıları Fransa hökumətinin Yeni Kaledoniyanın daxilində destabillik yaratmaq siyasətinə və yerli əhalinin hüquqlarının kobud şəkildə pozulmasına etirazlarını bildiriblər.

Aksiyada Azərbaycan və Yeni Kaledoniya bayraqları dalğalandırılıb.

Fransa hökumətinin yerli əhalinin mövqeyini nəzərə almadan konstitusiya dəyişiklikləri etməsini yolverilməz sayan aksiya iştirakçıları bildiriblər ki, kanaklar əhalinin maraqlarına zidd “konstitusiya islahatlarına” yox deyirlər.



Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

Foto


Teqlər: Yeni-Kaledoniya   Azərbaycan  


Bizi "telegram"da izləyin