Xocavənddə 23 əl qumbarası və müxtəlif sursatlar aşkarlanıb - FOTOLAR

2024/01/1704873496.jpg
Oxunub: 464     11:57     10 Yanvar 2024    
Xocavənd Rayon Polis Şöbəsinin əməkdaşlarının rayon ərazisində keçirdiyi tədbirlər zamanı sursatlar aşkar edilib.

Bu barədə Ordu.az-a Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Bərdə regional qrupundan məlumat verilib.

Bildirilib ki, polis əməkdaşları tərəfindən 23 əl qumbarası, 19 ədəd müxtəlif çaplı mərmi, patronlar və digər sursatlar aşkar edilərək aidiyyəti üzrə təhvil verilib.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

Foto


Teqlər: DİN   Xocavənd  


Bizi "telegram"da izləyin