Azərbaycan səfiri Moldovanın “Şərəf” ordeni ilə təltif edilib - FOTOLAR

2023/12/bc2c6-1702480066.jpg
Oxunub: 7808     18:27     13 Dekabr 2023    
Moldova Respublikasının Prezidenti Mayya Sandu dekabrın 13-də bu ölkədə diplomatik fəaliyyətini başa vuran Azərbaycan səfiri Qüdsi Osmanovu qəbul edib.

Ordu.az xəbər verir ki, Moldovanın dövlət başçısı görüşdə iki ölkə arasında əlaqələri yüksək qiymətləndirib, bir sıra sahələrdə əməkdaşlığın genişləndirilməsinin və ticarət həcminin artırılmasının vacibliyini vurğulayıb.

Həmçinin, Prezident sentyabrın 15-də “Azərbaycan Hava Yolları” QSC-nin Bakı ilə Kişineu arasında birbaşa reyslərin açılmasını da alqışlayıb.

Mayya Sandu Kişineu və Bakı arasında əlaqələrin möhkəmlənməsində göstədiyi səylərə görə Azərbaycanın səfirinə təşəkkürünü bildirib və onu Moldova Respublikasının “Şərəf” ordeni ilə təltif edib.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

Foto


Teqlər: Azərbaycan   Moldova  


Bizi "telegram"da izləyin