Biləsuvar və Cəlilabadda Ümummilli Lider Heydər Əliyevin xatirəsi anılıb - FOTOLAR

2023/12/4e4b3-1702397087.jpg
Oxunub: 2329     19:46     12 Dekabr 2023    
Biləsuvar və Cəlilabad rayonlarında müasir müstəqil Azərbaycan dövlətinin memarı və qurucusu, dünyaşöhrətli siyasi xadim, xalqımızın Ümummilli Lideri Heydər Əliyevin xatirəsi anılıb.

Ordu.az-ın məlumatına görə, Biləsuvar Rayon İcra Hakimiyyətinin rəhbərliyi, hüquq-mühafizə orqanlarının, idarə, müəssisə, təşkilatların rəhbərliyi və rayon ictimaiyyətinin nümayəndələri Heydər Əliyev Parkına gələrək dahi şəxsiyyətin abidəsi önünə tər çiçəklər düzüb, əziz xatirəsini ehtiramla yad ediblər.

Ümummilli Lider Heydər Əliyevin xatirəsi Cəlilabad rayonunda da anılıb. Rayon İcra Hakimiyyətinin rəhbərliyi, hüquq-mühafizə orqanlarının əməkdaşları, YAP rayon təşkilatının sədri, idarə, müəssisə, təşkilatların kollektivləri və rayon ictimaiyyətinin nümayəndələri Ümummilli Lider Heydər Əliyevin Cəlilabad və Göytəpə şəhərlərindəki Heydər Əliyev Parkında, həmçinin Alar kənd 1 saylı tam orta məktəbinin ərazisində yerləşən abidəsini ziyarət edib, əziz xatirəsini dərin ehtiramla yad ediblər.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

Foto


Teqlər: Biləsuvar   Cəlilabad   Heydər-Əliyev  


Bizi "telegram"da izləyin