ADU-nun əməkdaşları Ulu Öndər Heydər Əliyevin məzarını ziyarət ediblər - FOTOLAR

2023/12/ad_2-1702390232.jpg
Oxunub: 7919     17:57     12 Dekabr 2023    
Dekabrın 12-də Azərbaycan Dillər Universitetinin rəhbərliyi və kollektivi Fəxri xiyabanda Ümummilli Lider Heydər Əliyevin məzarını ziyarət ediblər.

Müstəqil Azərbaycanın qurucusu, xalqımızın Ümummilli Lideri Heydər Əliyevin xatirəsi dərin hörmət və ehtiramla yad edilib, abidəsi önünə gül dəstələri qoyulub, ruhuna dualar oxunub.

Sonra Ulu Öndərin ömür-gün yoldaşı, görkəmli oftalmoloq-alim, akademik Zərifə Əliyevanın xatirəsi yad edilərək məzarı üzərinə gül dəstələri düzülüb.

Görkəmli dövlət xadimi Əziz Əliyevin və tanınmış həkim-alim Tamerlan Əliyevin məzarları üzərinə də gül dəstələri qoyulub.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

Foto


Teqlər: ADU   Heydər-Əliyev  


Bizi "telegram"da izləyin