Səhiyyə Nazirliyinin rəhbər şəxsləri Heydər Əliyevin məzarını ziyarət ediblər - FOTOLAR

2023/12/d2bb3-1702375982.jpg
Oxunub: 3665     13:11     12 Dekabr 2023    
Ümummilli Lider Heydər Əliyevin vəfatının 20-ci ildönümü ilə əlaqədar Səhiyyə Nazirliyinin rəhbər şəxsləri Fəxri xiyabanda ulu öndərin əziz xatirəsini hörmət və ehtiramla anaraq məzarı önünə gül dəstələri qoyublar.

Ordu.az xəbər verir ki, görkəmli oftalmoloq alim, akademik Zərifə Əliyevanın xatirəsi də ehtiramla yad edilib, məzarı önünə tər çiçəklər düzülüb.

Azərbaycan Prezidenti İlham Əliyevin müvafiq Sərəncamı ilə 2023-cü il “Heydər Əliyev İli” elan edilib. "Heydər Əliyev İli" çərçivəsində Səhiyyə Nazirliyi və nazirliyin tabeliyində olan qurumları tərəfindən Bakı şəhərində və respublikanın bölgələrində tədbir və beynəlxalq elmi-praktik konfranslar keçirilib.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

Foto


Teqlər: Səhiyyə-Nazirliyi   Heydər-Əliyev  


Bizi "telegram"da izləyin