Londonda Heydər Əliyevin 100 illik yubileyinə həsr olunmuş tədbir keçirilib - FOTOLAR

2023/12/ddbe7-1702322283.jpg
Oxunub: 7241     23:01     11 Dekabr 2023    
Londonda fəaliyyət göstərən Britaniya Avropa Azərbaycan Məktəbi tərəfindən Ümumilli lider Heydər Əliyevin 100 illik yubileyinə həsr olunmuş konsert proqramı baş tutub.

Ordu.az xəbər verir ki, Pimliko akademiyada keçirilən tədbir Avropa Mədəniyyət Parlamentinin üzvü, tanınmış skripkaçı Səbinə Rakçeyeva, Səbinə Quliyeva, Nigar Əhmədli, Rauf Xəlilov, Sevinc Baxış, Timur Cəfərov və məktəbin digər müəllimlərinin yaxından dəstəyi sayəsində təşkil olunub.

Valideyinlər, icma üzvləri, həmçinin səfirlik əməkdaşları və onların ailə üzvləri səmimi və mehriban ab-havada keçən tədbirə heyran qalıblar.

Tədbirin başlanğıcında şagirdlər səhnədə, iştirakçılar isə ayaq üstə Azərbaycan Dövlət Himnini ifa ediblər. Daha sonra Rauf Xəlilov çıxış edərək, Ulu Öndər Heydər Əliyevin əziz xatirəsinə həsr olunmuş tədbirin əhəmiyyətindən söz açdıqdan sonra, məktəbin fəaliyyəti haqqında tədbir iştirakçılarına qısa məlumat verib.

Şagirdlər uzun müddət hazırlaşdıqları Azərbaycan haqqında şeir və mahnıları sıra ilə böyük həvəslə səsləndiriblər. Çıxışların sonunda Azərbaycan rəqs incilərindən də nümunələr peşəkarlıqla nümayiş olunub.

Azərbaycan mədəniyyəti və bölgələrinə həsr olunmuş şəkillərə dair şagirdlərin çıxışları iştirakçılarda maraq doğurub.

Maraqlıdır ki, Britaniya Avropa Azərbaycan Məktəbinin üzvləri yalnız azərbaycanlılar deyil, dünyanın müxtəlif ölkələrindən olan şagirdlərdir.

Belə ki, tədbirin sonunda çıxışlar zamanı əcnəbi valideynlər övladlarının bu məktəbə qoşulmalarından məmnun olduqlarını bildiriblər, və bu məktəb sayəsində Azərbaycan mədəniyyətinə böyük maraqlarının yaranmasını gizlətməyiblər.

Tədbir daha sonra digər zalda, Azərbaycan milli təamları ilə bəzədilmiş süfrə və icma üzlərinin bir-biri ilə daha yaxından tanış olmaları ilə davam edib. Ən diqqət çəkən məqamlardan biri isə, zalda Azərbaycan haqqında kitabların guşəsində fond toplama kampaniyasının yaradılması idi. Guşədən əldə olunan bütün qazanclar isə Azərbaycanın ərazi bütövlüyü uğrunda yaralanmış qazilərə ianə olunacaq.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

Foto


Teqlər: London   Heydər-Əliyev  


Bizi "telegram"da izləyin