Cenevrədə XI Qlobal Bakı Forumuna hazırlıq toplantıları keçirilir - FOTOLAR

2023/11/image-1700303467.jpg
Oxunub: 29596     14:11     18 Noyabr 2023    
Nizami Gəncəvi Beynəlxalq Mərkəzi Cenevrədə XI Qlobal Baku Forumuna və XXVII Ali Səviyyəli Toplantıya hazırlıq məqsədi ilə görüşlər keçirir.

Mərkəzin Baş Katibliyi Ümumdünya Səhiyyə Təşkilatının Baş direktoru cənab Tedros Adhanom Qebreyesusu, BMT Cenevrə Ofisinin Baş Direktoru xanım Tatiana Valovaya və UNAIDS-in icraçı direktoru və Birləşmiş Millətlər Təşkilatının (BMT) Baş katibinin müavini xanım Vinni Byanyima ilə görüşlər keçirərək, BMT Baş Assambleyası çərçivəsində keçirilən Ali Səviyyəli Toplantısının əhəmiyyəti, Mərkəzin üzvlərinin verə biləcəyi töhfələr, XI Qlobal Bakı Forumuna hazırlıq, Mərkəzin Cenevrədə təşkil edəcəyi XXVII Ali Səviyyəli toplantısı və Brazilyada keçiriləcək Böyük 20lər Sammitində mərkəzlə keçiriləcək toplantılar müzakirə edilib.

Qeyd edək ki, Nizami Gəncəvi Beynəlxalq Mərkəzi fəaliyyətdə olduqu 11il ərzində BMT strukturuna daxil olan Ümumdünya Səhiyyə Yəşkilatı, UNİDO, Beynəlxalq Atom Enerji Agentliyi, BMT Qadın, BMT Sivilizasiyalar Alyansı, BMT HİV/AİDS, Ümumdünya Ticarət Təşkilatı, Beynəlxalq Miqrasiya Təşkilatı, Ümumdünya Kənd Təsərrüfatı Təşkilatı, Birləşmiş Millətlər Təşkilatının İnkişaf Proqramı ilə sıx əməkdaşlıq qurub.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

Foto


Teqlər: Cenevrə   Qlobal-Bakı-Forumu  


Bizi "telegram"da izləyin