Türkiyənin Yeni Uzaqdan Maneə Arxası Hədəf Aşkarlama Sistemi – UHTES

2023/08/456-1692354251.jpg
Oxunub: 4809     14:39     18 Avqust 2023    
Türkiyənin STM şirkəti tərəfindən hazırlanmış Uzaqdan Maneə Arxası Hədəf Aşkarlama Sistemi UHTES ilə təhlükəsizlik qüvvələri maneənin arxasında bir adamın olub-olmadığını uzaqdan müəyyən edə bilirlər.

Uzaqdan Maneə Arxası Hədəf Aşkarlama Sistemi UHTES Ultra Geniş Diapazon (UGD) radar siqnalları vasitəsilə vizual giriş imkanının olmadığı, qapalı məkanlarda olan hədəf ünsürlərə aid yer məlumatlarını, hədəf bölgəyə yaxınlaşmadan, etibarlı bir məsafədən əldə etmək üçün istifadə olunan radar sistemidir.

UHTES Taktiki Təkərli Zirehli Vasitələrə (TTZV), Zirehli Personal Daşıyıcılarına (ZPD) və minaya davamlı zirehli vasitə (MRAP) sistemlərinə inteqrasiya edilə biləcək şəkildə dizayn edilib. Sistem uzun mənzilli nüfuz etmə qabiliyyəti sayəsində hədəf struktura yaxınlaşmanın riskli olduğu ssenarilərdə strukturun içərisindəki canlıların məkan məlumatlarını təhlükəsiz məsafədən dost elementlərə ötürə bilir.

UHTES girovların xilas edilməsi, terrorla mübarizə və daxili təhlükəsizlik əməliyyatları kimi hərbi ssenarilərə əlavə olaraq, yanğın və müxtəlif təbii fəlakətlərdən sonra xilasetmə əməliyyatları da daxil olmaqla, müxtəlif mülki məqsədlər üçün də istifadə edilə bilər. Sistem həm sabit, həm də hərəkətdə olan maneələrin arxasında və ya qapalı mühitlərdə gizlənmiş hədəf elementlərini aşkar edə bilir.

Əsas xüsusiyyətlər

• Uzun məsafədən hədəfin aşkarlanması
• TTZV, Zirehli Döyüş Vasitəsi (ZDV) və MRAP tipli vasitələrə inteqrasiya qabiliyyəti
• Şaquli və üfüqi şəkildə iki oxlu hərəkət edə bilən anten sistemi
• Yüksək məsafə ayırdetmə qabiliyyəti
• Müxtəlif növ maneələrə qarşı effektiv nüfuzetmə qabiliyyəti
• Makro və mikro hərəkətə qarşı həssaslıq
• Daxili doldurula bilən batareya ilə işləmə və ya vasitənin enerji blokundan qidalana bilmə
• İki ölçülü mövqe qiymətləndirilməsi
• Cihazdaxili sınaq (CIT) qabiliyyəti
• Siqnal qarışdırmaya qarşı davamlılıq
• Metal örtüklü divar xəbərdarlığı qabiliyyəti
• Divar məsafəsinin qiymətləndirilməsi qabiliyyəti
• Batareya işləmə müddəti (Tam istifadə rejimi)
• MIL-STD-810 uyğunluğu
• MIL-STD-461 uyğunluğu
• Tapşırığı yadda saxlama və təkrar istifadə etmə
• Divar aşkarlanması
• Daxili sınaq qabiliyyəti
• Xarici dil dəstəyi


Texniki xüsusiyyətlər

Ölçülər: Anten vahidi: 150sm x 40sm x 40sm

Aşkarlama mənzili: 35 m (boş sahədə)

Hərəkət aşkarlanması: Makro və mikro hərəkətlər

Görüntülənə bilən divar növləri: Kərpic, alçıpan, taxta, plastik, beton və s.

Şaquli və Üfüqi Hərəkət Edə Bilən, Mexaniki İdarə Olunan Anten Sistemi: Mövcuddur

Baxış dərəcəsi: 90°

Görüntü növü: 2D

Ekran ölçüsü: 19”

Enerji mənbəyi: Yenidən doldurula bilən batareya və ya vasitənin enerji blokundan qidalanma

Batareya missiya müddəti (gözləmə rejimi daxil olmaqla): 2,5 saat (50% RF aktiv, 50% gözləmə rejimi)

Batareya missiya müddəti (tam istifadə rejimi): 1,5 Saat

Firuz Bağırov
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: STM   UHTES  


Bizi "telegram"da izləyin