Ordu.az xəbər verir ki, “Ahlatcı Holding”in törəmə şirkəti “Nanografi Nanoteknoloji AŞ” yüksək texnologiyalı laboratoriyalarda inkişaf etdirilən “qrafen nöqtə” texnologiyasını müdafiə sənayesinin istifadəsinə təqdim edib.
“Qrafen nöqtə” adi gözlə görünməyən və UV şüaları altında parlayan xüsusi nanomateriala aiddir.
İlk dəfə “qızıl” üzərində tətbiq olunan “qrafen nöqtə” mərmi kimi sursatlara, plastikdən metala, elektronikadan nəqliyyat vasitələrinin ehtiyat hissələrinə, kosmetikadan tibbə qədər məhdudiyyətsiz tətbiq sahələrinə malikdir.
Sevinc Əliyeva
Ordu.az