Ordu.az xəbər verir ki, TRIOSYS markası altında müdafiə sənayesi başda olmaqla kommersiya sistemləri üçün unikal məhsullar dizayn və istehsal edən PROMEC 16-cı Beynəlxalq Müdafiə Sənayesi Sərgisində (IDEF 2023) təhlükəsizlik qüvvələrinin yüksək riskli ərazilərdə təhlükəsiz işləməsi üçün hazırlanmış PROMAVZER məhsulu ilə diqqət çəkib.
PROMEC-in baş direktoru Yusuf Eldoğan bildirib ki, PROMAVZER yüngül, seriyalı, mobil, uzaqdan idarə olunan silah sistemi olaraq hazırlanıb.
Sistemi hərbi qulluqçunun kürəyində daşıya bilməsi üçün dizayn etdiklərini ifadə edən Eldoğan, konfiqurasiyasından asılı olaraq 10-15 kiloqram ağırlığında olan sistemin 5-10 dəqiqə ərzində sürətlə quraşdırıla biləcəyini bildirib.
Sevinc Əliyeva
Ordu.az