“Tunga” avtonom və ya uzaqdan idarə oluna bilən, yüksək mobil və dayanıqlı avtomobil platformasına malik, “Sarp” İkili Silah Sistemi və Lazerlə İdarə Olunan Taktiki Raket Sistemi kimi missiyaya xas faydalı yükləri birləşdirə bilən, çətin ekoloji şəraitdə müşahidə, kəşfiyyat, hədəf aşkarlama, mühafizə və hücum missiyalarını uğurla yerinə yetirə bilən Orta Sinif 2-ci Səviyyəli İnsansız Quru Platformasıdır.
“Tunga” idarəetmə konsolu ilə uzaqdan idarə oluna bilir və avtonom xüsusiyyətləri sayəsində operatora ehtiyac olmadan ətrafdakı maneələri hiss edərək hərəkət edə bilir. Platforma avtonom şəkildə müəyyən edilmiş marşrut üzrə sərhəd patrulunu həyata keçirə bilər.
Texniki xüsusiyyətlər
• En : 210 sm
• Uzunluq: 240 sm
• Hündürlük: 200 sm
• Çəki : ≤ 3000 kq
• Maksimum sürət: 20 km/saat
• İdarəetmə mənzili: ≤ 5 km
• Mühərrik sistemi: Hibrid (elektrik-hidravlik)
• İşləmə mühitinin temperaturu: -20°C - +49°C
• Güc/moment nisbəti: 8 BG/T
Hərəkət imkanları
• Xəndək: ≤ 80 sm
• Şaquli yamac: ≤ 60%
• Yan Yamac: ≤ 30%
• Şaquli maneə: ≤ 40 sm
• Su keçidi: ≤ 50 sm
Rabitə
• Simsiz/simli
• 4G/LTE üzərindən rabitə
• Peyk əsaslı
Avtonom xüsusiyyətlər
• Sensor birləşməsi
• Keçilə bilən sahənin aşkarlanması
• Dinamik yol planlaması
• Gündüz/gecə avtonom hərəkət qabiliyyəti
• GNSS kəsilməsində avtonom hərəkət qabiliyyəti
• Rabitə kəsilməsində avtonom hərəkət qabiliyyəti
Ümumi xüsusiyyətlər
• Ön və arxa LED işıqlandırma
• Ön və arxa sürüş kameraları
• 360° Quş Baxışı Görüntüləmə Sistemi
• İki İstiqamətli Səs Ötürmə Sistemi
• Avtonom sensorlar
• GNSS Qəbuledicisi
• Qarışdırmaya Qarşı Davamlı GNSS (istəyə əsasən)
• Ultrasəs sensoru
Faydalı yüklər
• “Sarp” İkili Silah Sistemi
• 76 mm duman əleyhinə minaatan
• Yük Səbəti
• Dirəkli Nəzarət Sistemi
• Simli Dron Sistemi (istəyə əsasən)
• Lazerlə İdarə Olunan Taktiki Raket Sistemi (istəyə əsasən)
Silah sistemi
• “Sarp” İkili Silah Sistemi
- Gündüz/gecə görmə qabiliyyəti
- Uzaqdan idarəetmə ilə atəş bacarığı
- Stansionar və hərəkət edən hədəflərə atış
- Stabilləşdirmə və avtomatik hədəf izləmə
• Silah seçimləri
- Əsas silah: 40 mm avtomatik qumbaraatan, 12,7 mm pulemyot, 7.62 mm pulemyot
• Koaksial silah: 7,62 mm pulemyot
İdarəetmə konsolu
• İkili konsol ilə istifadə (insansız quru platforması operatoru, silah sistemi operatoru)
• Portativ
• Uzaqdan simsiz/simli idarəetmə
• Avtonom missiya planlaşdırması/icrası
• Real vaxt rejimində görüntüləmə və video qeydiyyatı
Portativlik
• Daşıma qoşqusu
• Qaldırma alətləri
Dəyanət Ağalarlı
Ordu.az