Son illər müdafiə sənayesində çox dəyərli layihələr həyata keçirən Türkiyə, döyüş bölgəsinin ən qaranlıq bölgələrindən biri olan dənizin altında da qızıl dəyərində işlər görür. İDEF çərçivəsində ilk dəfə nümayiş etdirilən ORKUN-2053 immersion tipli sonar da onlardan biridir.
Ordu.az-ın məlumatına görə, ORKUN bu il insansız dəniz platfomalarına inteqrasiya olunacaq.
Sualtı akustikası üzrə ixtisaslaşdıqlarını və təkcə Türkiyədə deyil, bölgədə də azsaylı şirkətlərdən biri olduqlarını izah edən ARMELSAN baş direktoru Can Emre Bakım, məqsədlərinin Dəniz Qüvvələri Komandanlığının müəyyən mənada xarici asılılığına son qoymaq olduğunu vurğulayıb.
Helikopter immersion sonarının yaxın keçmişdə Müdafiə Sənayesi Komitəsinin Ar-Ge layihəsi olaraq başladığını ifadə edən Can Emre Bakım, döyüş bölgəsində dənizlərə hakim ola bilmənin son dərəcə kritik olduğunu qeyd edir.
"Sualtı qayıqları aşkar etmək üçün müxtəlif sonarlardan istifadə olunur və bunlar xaricdən gələn məhsullardır. Yerli/milli bir həll istehsal etmək üçün Orkun-2053 layihəsinə başladıq və bu günə qədər gətirdik. Bu məhsulun məqsədi dərin dənizlərdə fəaliyyət göstərən sualtı qayıqları uzun məsafələrdən aşkar etməkdir.
Helikopter immersion sonar, mövcud anti-sualtı döyüş helikopterlərində istifadə olunan bir məhsuldur. Digər tərəfdən, "Gökbey"in dəniz versiyasının araşdırıldığını bilirik. ARMELSAN olaraq Orkun-2053-ü "Gökbey"in dəniz versiyası ilə inteqrasiya etmək istəyirik. Məqsədlərimizdən biri də budur", - deyə o qeyd edib.
Sevinc Əliyeva
Ordu.az