Ordu.az xəbər verir ki, "Azab"ın 200 santimetr qanad açılımı versiyasını ilk dəfə elan edən "Robit Teklonoji" şirkəti, 16-cı Beynəlxalq Müdafiə Sənayesi Sərgisində (IDEF 2023) ilk dəfə olaraq məhsul ailəsinin 150 santimetrlik qanad açılımı versiyasını təqdim edir.
Məlumata görə, "Delta" qanad quruluşlu "Azab" T150-nin uçuş sınaqları davam edir.
IDEF-də ilk dəfə nümayiş etdirilən "Azab" T150 daha sürətli, daha təhlükəsiz, daha effektiv və əməliyyat baxımından asan həll yolu olmaqla yanaşı, qənaətcil, mobil, hərbi sistemlərə inteqrasiya olunmuş və yüksək logistik platforma olması ilə seçilir.
Maksimal uçuş çəkisi 7,3 kiloqram olan "Azab" T150 120 dəqiqə havada qala və 150 kilometr məsafəni qət edə bilir. 3 kiloqram faydalı yük daşıyan kamikadze PUA gecə-gündüz 150 metr rabitə mənzilində uça və 2000 metr əməliyyat hündürlüyünə qalxa bilir.
Katapultdan buraxılan "Azab" T150 bir operator tərəfindən asanlıqla idarə oluna bilər.
"Azab" T150 uçuş marşrutunun dəyişdirilməsi, real vaxtda məlumatların ötürülməsi, missiyanın planlaşdırılması, əl ilə idarəetmə və sürü uçuşu kimi xüsusiyyətlərə malikdir.
Sevinc Əliyeva
Ordu.az