Türkiyənin mərhələli hava hücumundan müdafiəsini yerli və milli resurslarla təmin etmək üçün Müdafiə Sənayesi Komitəsinin koordinasiyasında bir sıra layihələr həyata keçirən ASELSAN, həll yollarına bir yenisini əlavə etdi.
"Gürz" Hava və Raket Hücumundan Müdafiə Sistemi IDEF 2023 sərgisində ASELSAN-ın çox alçaq və alçaq hündürlükdəki hava təhdidlərinə qarşı yenilikçi hava və raketdən müdafiə sistemi olaraq nümayiş etdiriləcək.
"Gürz" zirehli 8×8 rezin təkərli platforma üzərində yerləşir və üstün texnoloji xüsusiyyətləri ilə seçilir. Sistem PUA, helikopter, döyüş təyyarələri, qanadlı raketlər və hava-yer döyüş sursatlarına qarşı işləyəcək.
Dəyişən müharibə şərtləri ilə yüksək hərəkətliliyə malik hava və raketdən müdafiə sistemlərinə ehtiyac artıb. "Gürz" Hava və Raket Hücumundan Müdafiə Sistemi həm sabit obyektləri, həm də hərəkətdə olan konvoyları hava təhdidlərindən qoruyacaq. Sistem üstün hədəf aşkarlama, identifikasiya və izləmə imkanları, qabaqcıl təhlükənin qiymətləndirilməsi və silah yerləşdirmə həlləri sayəsində səmərəli arxitekturada təhdidlərə qarşı yüksək məhvetmə gücü təklif edir.
Sevinc Əliyeva
Ordu.az