ASELSAN-dan verilən açıqlamaya görə, yaxın gələcəkdə əlavə olunacaq “Göksur” Yaxın Hava Hücumundan Müdafiə Raket Sistemi ASELSAN-ın IDEF 2023 sərgisində nümayiş etdirəcəyi kritik sistemlər arasındadır. ASELSAN “Göksur” gəmi əleyhinə raketlər, silahlı/silahsız Pilotsuz Uçuş Aparatları (PUA), qanadlı raketlər, döyüş təyyarələri və helikopterlər kimi təhdidlərə qarşı hava və raketdən müdafiə missiyalarını yerinə yetirəcək.
“Göksur” önləyici raket olaraq TÜBİTAK-SAGE tərəfindən hazırlanan və dəniz platformalarının HHM ehtiyaclarına uyğun olaraq yenilənən “Bozdoğan” raketindən istifadə edir. “Göksur” Yaxın Hava Hücumundan Müdafiə Raket Sistemi məhsul ailəsi quruluşunda inkişaf etdirilir və modul dizayn yanaşması ilə üç fərqli konfiqurasiya ilə bir həll təklif edir.
“Göksur” HHM sistemi 360 dərəcə təhdidi məhvetmə qabiliyyəti, yeni nəsil IIR axtarış başlıqlı idarə edilən mərmi, çoxlu hədəf önləmə qabiliyyəti, müstəqil və/və ya platforma ilə inteqrasiya olunmuş şəkildə işləmə bacarığı, məlumat bağlantısı ilə aralıq mərhələsində idarəetmə və yüksək tək atış önləmə mümkünlüyü kimi bir çox xüsusiyyətləri ehtiva edir.
Bir çox fərqli hava müdafiə məhsulu inkişaf etdirən ASELSAN Türkiyə Prezident Aparatının himayəsi altında, Milli Müdafiə Nazirliyinin ev sahibliyi ilə, Müdafiə Sənayesi Komitəsinin koordinasiyasında və Türkiyə Silahlı Qüvvələrini Gücləndirmə Vəqfinin məsuliyyəti altında təşkil ediləcək İDEF 2023 sərgisində yeni sistemlərini nümayiş etdirəcək.

Dəyanət Ağalarlı
Ordu.az