Osmanlı dövrünün “Deliler”i bu dəfə kamikadze kimi geri qayıdır? (FOTO+VİDEO)

2023/07/22-1689591638.jpg
Oxunub: 8201     15:25     17 İyul 2023    
“TİTRA Teknoloji” şirkəti tərəfindən yerli olaraq istehsal edilən “Deli” kamikadze tipli Pilotsuz Uçuş Aparatı (PUA) döyüş başlığı ilə atış sınaqlarını uğurla başa vuraraq missiyaya hazır vəziyyətə gətirilib.

Kamikaze tipli PUA üçün istifadə edilən döyüş başlığı TÜBİTAK SAGE tərəfindən istehsal olunur. Sistem ilk dəfə SAHA EXPO 2022 Müdafiə, Aviasiya və Kosmos Sənaye Sərgisində nümayiş etdirilib.

Miniatür sənətçisi Ferhat Akıl adını Osmanlı dövründəki “deliler” birliyindən alan kamikadze tipli PUA-nı “TİTRA Teknoloji” üçün qələmə alıb.


Akılın çəkdiyi motivlər arasında dəli birliklərinə aid əsgərlərin geyimləri yer alır, bundan əlavə, ata minmiş dəli birliyinin əsgərinin əlindəki nizə isə gələcəyə “dəli kamikadze”nin salamlarını göndərir.

Taktik Kamikadze Sistemi - “Deli”

Ümumi xüsusiyyətlər

• Paylanmış arxitekturada çoxlu missiya qabiliyyəti
• Yüksək zərbə radiusuna malik döyüş başlığı
• Avtonom və ya operatorla işləmə qabiliyyəti
• 15 dəqiqədən az müddətdə quraşdırma
• Modulyar quruluşda asan daşınma
• İstəyə bağlı GNSS Qarışdırma Əleyhinə CRPA Sistemi
• Əldən atma və katapult sistemi



Texniki xüsusiyyətlər

• Əməliyyat mənzili: 85 km
• Havada qalma vaxtı: 75 dəq
• Döyüş başlığı: 3,1 kq
• Maksimum uçuş çəkisi: 13 kq
• Maksimum sürət: 180 km/saat
• Kreyser sürəti: 80 km/saat
• Maksimum hündürlük (MSL): 3500 m
• Əməliyyat hündürlüyü (AGL): 150 – 500 m


• Hərbi birliklərin, mobil yerlərin və ya sabit müdafiə vasitələrinin ehtiyac duyduğu hədəflərə qarşı təsirli şəkildə istifadə edilə bilən PUA olan “Deli” modul quruluşu sayəsində tez bir zamanda yerləşdirilə və görüş xəttinin kənarındakı (BLOS) hədəflərə qarşı istifadə edilə bilər.

• Süni Zəka (SZ) ilə hədəf axtarma və təsnif etmə qabiliyyətinə malik olan əldən atılan sabit qanadlı kiçik PUA-larla tam avtonom şəkildə fəaliyyət göstərə bilir və lazım gəldikdə sürü şəklində uçurmaq mümkündür. “Deli Sürü” müstəqil qərar qəbul edə və sürü daxilində koordinasiyada hərəkət edə, tapşırıqları paylaşa, hədəfləri aşkar edib məhv edə bilər.


Niyə “Deli”?

Taktik Kamikadze Sisteminin niyə “Deli” adlandırıldığını araşdırdıq. “Deli” adı Osmanlı İmperiyasından gələn bir addır. Məlum olduğu kimi, Osmanlı dövründə ən öndə gedən “Deliler” birliyi var idi, ona görə də “Titra” şirkəti bu ada əsaslanaraq öz PUA-sına “Deli” adını verib.

Sevinc Əliyeva
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər:


Bizi "telegram"da izləyin