Azərbaycanın iki güləşçisi Hərbçilərin Dünya Oyunlarında finala yüksəlib

2019/10/23423-1571903427.jpg
Oxunub: 12081     11:32     24 Oktyabr 2019    
Azərbaycanın iki yunan-Roma güləşçisi Çinin Uxan şəhərində keçirilən Hərbçilərin Dünya Oyunlarında finala yüksəlib.

Ordu.az xəbər verir ki, həlledici görüşə Həsən Əliyev (77 kq) və Rafiq Hüseynov (87 kq) vəsiqə qazanıb.

Əliyev 1/8 finalda erməni Varujan Qriqoryana 5:0, 1/4 finalda ukraynalı Dmitri Pişkova 7:1, yarımfinalda 2017-ci ilin serbiyalı dünya çempionu Viktor Nemeşə 3:2 hesabı ilə qalib gəlib.

Hüseynov isə əvvəlcə ukraynalı Aleksandr Şişmanı 2:1, 1/4 finalda cənubi koreyalı Sanqyeok Parkı 5:1 hesablı qələbə, yarımfinalda 4 il əvvəl Bakıda keçirilmiş ilk Avropa Oyunlarının finalında uduzduğu Yevgeni Saleyevi ilk hissədə “tuşe” ilə üstələyib.

Qeyd edək ki, Həsən Əliyev finalda iranlı Peyman Poştamla, Rafiq Hüseynov isə macarıstanlı Viktor Lorintslə qarşılaşacaq.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Çin   Hərb-oyunları  


Bizi "telegram"da izləyin