Ordu.az erməni KİV-lərinə istinadən xəbər veir ki, bunu oktyabrın 23-də Ermənistan parlamentində sual-cavab zamanı Baş nazir Nikol Paşinyan “Çiçəklənən Ermənistan” partiyasının deputatı Mikayel Melkumyanın sualına cavab verərkən bildirib.
O qeyd edib ki, maliyyə müddətinin daha bir il - 2020-ci ilə qədər uzadılması haqqında Rusiya hökuməti ilə danışıqlar aparılır.
“Ermənistanın Atom Elektrik Stansiyasının maliyyəsi ilə bağlı problemi olmayacaq. Problemin həlli üçün bir neçə ssenari var və bu problem artıq rus tərəfdaşlarla müzakirə olunub”, - deyə Paşinyan bildirib.
Onun sözlərinə görə, məsələ oktyabrın 1-də İrəvanda baş tutmuş Avrasiya İqtisadi Birliyi sammiti zamanı həm Rusiya prezidenti, həm də Rusiya Baş naziri ilə müzakirə olunub.
“Biz problemi daha dərindən anlamaq və həll etmək üçün işləyirik”,- deyə Paşinyan qeyd edib.
Alpər Mövludoğlu
Ordu.az