Rusiyalı hərbi ekspert: “Ermənistanda hökm sürən vəziyyət Rusiya üçün getdikcə daha da pisləşir”

2019/10/Cigan-1571827634.jpg
Oxunub: 24778     16:06     23 Oktyabr 2019    
“Tendensiyalar Rusiyanın xeyrinə deyil, söhbət proseslərdən gedir. Təbii ki, bu, ikitərəfli əməkdaşlıq və təhlükəsizlik münasibətlərinin xeyrinə deyil”.

Ordu.az erməni KİV-lərinə istinadən xəbər verir ki, bunu Rusiyanın Hərbi Proqnozlar Mərkəzinin rəhbəri, hərbi ekspert Anatoli Tsiqanok deyib.

Hərbi eskpert bildirib ki, Qarabağ bölgəsində dramatik inkişafların olacağını düşünmür.

“Azərbaycan Türkiyəni Yaxın Şərqdə dəstəkləyir, lakin cəbhə xəttində atəşkəs geniş miqyaslı şəkildə pozulmayacaq. Danışıqlar masasında nəticələrin olmamasına görə ritorika gərginləşir. Ritokrika bu vəziyyətdə bir vasitədir və yaxın gələcək proqramlarının ictimailəşməsi kimi deyil”, - deyə o qeyd edib.

Ekspertin sözlərinə görə, bu, həll edilməmiş münaqişənin mövcudluğu halında narahatvericidir.

“Lakin mənim üçün Ermənistanın təhlükəsizliyi ilə əlaqəli olan daha narahatverci digər hallar var. Məsələ burasındadır ki, hazırkı Ermənistan hökumətində keçmişdə Vaşinqtonla əməkdaşlıq etmiş və ya hazırda əməkdaşlıq edən xadimlər var. Ermənistanda məsələ qaldırılır ki, Ermənistanda rus hərbi bazası olmamalıdır. Bu, o deməkdir ki, kimsə amerikalıların problemini həll edir. Çünki amerikalılar hesab edirlər ki, Ermənistanda rus hərbi bazası olmamalıdır və bu, Ermənistan üçün son dərəcə pisdir”, - deyə Tsiqanok bildirib.

Ekspert bildirib ki, Ermənistanda hökm sürən vəziyyət Rusiya üçün getdikcə daha pis olur.

“Tendensiyalar Rusiyanın xeyrinə deyil, söhbət proseslərdən gedir. Təbii ki, bu, ikitərəfli əməkdaşlıq və təhlükəsizlik münasibətlərinin xeyrinə deyil”, - deyə o qeyd edib.

Alpər Mövludoğlu
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Rusiya   Ermənistan   Xaos  


Bizi "telegram"da izləyin