“Milli Təhlükəsizlik Xidmətində artıq bir neçə aydır xidməti istintaq aparılır, çünki xidməti materiallara əsasən, əvvəlki hakimiyyət inqilabdan bir müddət əvvəl Milli Təhlükəsizlik Xidmətinin materiallarını məhv edib”, - deyə Paşinyan həmin vaxt qeyd edib.
O, baş verənləri cinayət kimi qiymətləndirərək əlavə edib ki, bu cinayətdir.
“Mən hüquqşünas deyiləm, lakin siyasi qiymətləndirməm odur ki, bu, cinayətdir. Bu materiallar onların əmlakı idi ki, məhv ediblər? Burada materiallar çoxsaylı şeylər haqqında ola bilərdi. Xəyali işdir, bu, çox ciddi nəticələr gətirməlidir”, - deyə Paşinyan bildirib.
Bəyanatdan 5 ay sonra erməni jurnalistlər bu sənədlərin tapılması işinin izləri ilə gedib. MTX direktorunun müavini, general-leytenant Stepan Melkonyan bildirib ki, bunlar hamısı bərpa edilmiş daxili dövriyyə sənədləri olub.
“Deyim ki, bütün arqumentlər fatiki olaraq bərpa olunub...Yazı bir xidmətdən digər xidmətə getmir, öz funksiyaları ilə hər şey bərpa olunub”, - deyə MTX direktorunun müavini bildirib.
Onun sözlərinə görə, burada hansısa cinayət işi olmayıb və onlar yalnız daxili dövriyyə sənədləri olub. Stepan Melkonyan sənədlərin məzmununu açmadan bildirib ki, onların yoxa çıxması ilə bağlı xidməti istintaqın nəticələri tezliklə ictimaiyyətə təqdim ediləcək.
Alpər Mövludoğlu
Ordu.az