Sabiq erməni vilayət rəhbəri polkovnikin döyülməsi işi üzrə dindirilib?

2019/09/Ara-M-1569492919.jpg
Oxunub: 7938     16:44     23 Oktyabr 2019    
Bir neçə gün bundan əvvəl sentyabrın 18-də Ermənistanın Yeğeqnadzor şəhərinda baş vermiş hadisə zamanı polkovnik-leytenant Ara Mxitaryanın amansızcasına döyülməsi işi üzrə həmin hadisəyə görə vəzifəsindən istefa vermiş, Vayots Dzorun sabiq vilayət rəhbəri Trdat Sarkisyan dindirilib.

Ordu.az xəbər verir ki, erməni jurnalistlər Sarkisyan ilə əlaqə saxlasa da, iş üzrə məlumat verməyib.

O qeyd edib ki, ilkin istintaq başa çatandan sonra hər şey bilinəcək.

Xatırladaq ki, baş vermiş hadisəyə görə açılmış cinayət işi çərçivəsində Trdat Sarkisyanın köməkçisi Harutyun Qriqoryan həbs olunub.

Alpər Mövludoğlu
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Ermənistan-ordusu   Döyülmə  


Bizi "telegram"da izləyin