Ermənistanda partiya büdcədə müdafiə xərclərinin azaldılmasına etiraz edir

2019/03/465_1-1553694067.jpg
Oxunub: 5678     17:18     23 Oktyabr 2019    
“Ermənistan hökuməti tərəfindən müdafiə xərclərinin dondurulması hərbi-texniki balansın daha da pisləşməsinə səbəb ola bilər”.

Ordu.az erməni KİV-lərinə istinadən xəbər verir ki, Ermənistanın “Milli Gündəm” partiyasının siyasi şurası Ermənistanın 2020-ci il dövlət büdcəsi lahiyəsinin müdafiə xərcləri haqqında bəyanat yayıb.

Bəyanatda qeyd olunur:

“Cari ilin 30 sentyabrında Ermənistan hökuməti 2020-ci ilin dövlət büdcəsi lahiyəsini qəbul etdi. Bununla da növbəti bir il üçün əsas xərc qaydaları müəyyənləşdi. Bu büdcə ilə Ermənistanın hərbi müdafiə xərcləri cəmi 0,2% artaraq 300,585 milyard dramdan 301,243 milyard drama qədər böyüyür. Bu halda ümumi dövlət büdcəsinin xərclər üzrə 14%, 1,648,063 milyard dramdan 1,880,186 milyard drama qədər artırılması planlaşdırılır. Dövlət büdcəsində hərbi müdafiə xərclərinin payı 2019-cu il üçün 18,2%-dən 2020-ci il üçün 16,1%-ə qədər azaldılması planlaşdırılır. Bunun əvəzinə isə digər çoxsaylı xərclər artırılır.

Oktyabrın 18-də Azərbaycan Maliyyə Nazirliyi Azərbaycanın 2020-ci il üçün dövlət büdcəsi lahiyəsini açıqlayarkən ümumi büdcə xərclərinin artımı 1,7% təşkil etməsinə baxmayaraq, müdafiə xərclərinin artımının 20,9% artırılaraq illik 2,267 milyard ABŞ dollarına çatdırılması nəzərdə tutulur. Maraqlıdır ki, Azərbaycan bu vəsaitlərdən təxminən 945 milyon ABŞ dollarını müxtəlif tərəfdaşlardan geniş miqyaslı silah alışlarının yenidən başlaması və hərbi-sənaye sərmayələri üçün istifadə etməyi proqramlaşdırır.

Bu şəraitdə Ermənistan hökuməti tərəfindən müdafiə xərclərinin dondurulması ən azından çaşqınlıq yaradır və bu, erməni tərəfi üçün əlverişsiz hərbi-texniki balansın daha da pisləşməasinə səbəb ola bilər”.

Alpər Mövludoğlu
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Ermənistan   Hərbi-xərclər  


Bizi "telegram"da izləyin