Erməni hərbi qulluqçu Aprel döyüşlərini araşdıran Komissiyanın üzvlərini biabır edib

2019/10/65657-1571827062.jpg
Oxunub: 28582     15:01     23 Oktyabr 2019    
Ermənistanda Aprel döyüşlərini araşdıran İstintaq Komissiyası işlərini davam etdirir, lakin proses o qədər də hamar getmir.

Komissiyanın sədri Andranik Köçəryan yöndəmsiz vəziyyətdə hərbçilərin yanında dayanır.

Əlbəttə, o, ictimai nitqində bu cür təəssürat yaratmağa çalışır ki, vəziyyətin sahibi odur, lakin mənbələr tamamilə başqa vəziyyət haqqında danışır.

Bir neçə gün bundan əvvəl komissiyanın iclaslarından biri zamanı hərbçilər dəvət olunub. Andranik Köçəryan və “Mənim Addımım” fraksiyasının deputatı Aren Mkrtçyan anlamağa çalışıb ki, döyüş vaxtı hərbçilər nə qədər “cəsarətli” olub.

Erməni hərbçilərdən biri Andranik Köçəryanı və Aren Mkrtçyanı biabır edib. O bildirib ki, Köçəryan böyük oğlunu anlaşılmaz vəziyyətdə hərbi xidmətdən azad edib və onun bu kimi suallar verməyə hüququ yoxdur.

Hərbçi orduda xidmət etmədiyinə görə Aren Mkrtçyanı da tənbeh edib. O qeyd edib ki, cəsarəti yalnız “Facebook” və mətbuat səhifələrində görən insanlar cəsarətdən danışır.

Alpər Mövludoğlu
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Aprel-döyüşləri   Ermənistan   İstintaq  


Bizi "telegram"da izləyin