Sabiq erməni nazir müavini: “Sistem Vazgen Sarkisyanı bağışlamadı”

2019/10/456-1571826941.jpg
Oxunub: 27716     14:34     23 Oktyabr 2019    
“Bugünkü hakimiyyətin əsas problemi bu cinayətin təşkilatçılarının üzə çıxarılması olmalıdır”.

Ordu.az erməni KİV-lərinə istinadən xəbər verir ki, bunu Ermənistan Müdafiə nazirinin sabiq müavini Vahan Şirxanyan “27 Oktyabr” hadisəsinə toxunarkən qeyd edib.

O bildirib ki, bugünkü hakimiyyətin əsas problemi bu cinayətin təşkilatçılarının üzə çıxarılması olmalıdır.

Terrorun həyata keçirilmə səbəbi ilə bağlı suala Şirxanyan cavab verib ki, sistem Vazgeni bağışlamadı, o, özününkülərin metodları ilə mübarizə aparmağa öyrəşməmişdi.

Şirxanyan həmçinin qeyd edib ki, həm o, həm də Vazgen Sarkisyanın digər yaxınları mümkün təhlükə haqqında ona dəfələrlə xəbərdarlıq edib, lakin Vazgen Sarkisyan bu xəbərdarlıqlara məhəl qoymayıb.

Alpər Mövludoğlu
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Vazgen-Sarkisyan   27-Oktyabr  


Bizi "telegram"da izləyin