Şarmazanov Aprel döyüşlərinə görə Paşinyanın dindirilməsini istəyir

2019/06/image-1560588592.jpg
Oxunub: 11681     12:21     23 Oktyabr 2019    
"Mən komissiyaya məsləhət verirəm ki, Paşinyanın əsas bülbülləri olan komissiya sədri və üzvlər Paşinyanı dəvət etsin”.

Ordu.az erməni KİV-lərinə istinadən xəbər verir ki, bunu oktyabrın 22-də jurnalistlərlə söhbəti zamanı Ermənistan Respublikaçılar partiyasının mətbuat katibi Eduard Şarmazanov parlamentdə Aprel döyüşlərini araşdıran İstintaq Komissiyasının yaradılması məsələsinə toxunarkən bildirib.

O qeyd edib ki, Serj Sarkisyan bu komissiyasının hədəfindədır.

“Mətbuatdan öyrəndim ki, bu komissiya sabiq Baş nazir Karen Karapetyanın bəyanatlarından birini istintaq mövzusuna çevirmək qərarına gəlib. Mən komissiyaya məsləhət verirəm ki, Paşinyanın əsas bülbülləri olan komissiya sədri və üzvlər Paşinyanı dəvət etsin”,- deyə Şarmazanov bildirib.

Alpər Mövludoğlu
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Paşinyan   Aprel-döyüşləri   Şarmazanov  


Bizi "telegram"da izləyin