Ermənistan-Rusiya münasibətlərinin dissonansı

2019/09/nikol-1568873072.jpg
Oxunub: 3858     15:52     23 Oktyabr 2019    
Ermənistan son illər bir sıra daxili və xarici geosiyasi dəyişikliklərə şahid oldu. Bu müddət ərzində ölkə ictimai-siyasi silkələmələr, konstitusiya və siyasi sistemdə dəyişikliklər yaşadı, Qarabağda hərbi əməliyyatların yenidən başlaması ilə qarşılaşdı, xarici strateji prioritetlərinə yenidən baxıldı və ən əsası Ermənistanda hakimiyyət dəyişikliyi, daha doğrusu hakimiyyətin ələ keçirilməsi baş verdi. Bunun da nəticələri Ermənistanın xarici vektorlarına açıq-aşkar təsir etməyə səbəb oldu.

Erməni müəllif Armen Hovasapyan qeyd edib ki, Ermənistanın Rusiyanın yeganə müttəfiqi, Rusiya hərbi bazası olan yeganə ölkə və Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatına (KTMT) üzv olan və altı il ərzində Rusiyaya rəhbərlik etdiyi, Rusiya Federasiyası tərəfindən yaradılan Avrasiya İqtisadi Birliyinə üzv olan yeganə Cənubi Qafqaz ölkəsi kimi bölgədə özünəməxsus rol oynayır.

“Lakin bu kontekstdə Ermənistandakı bu “inqilab”ın ilk növbədə Ermənistan-Rusiya münasibətlərinə təsir etdiyini bildirmək vacibdir və bu, Paşinyanın bütün siyasi karyerası boyu daxili-siyasi sahədə anti-Rusiya xadimi olaraq seçilməsi ilə bağlıdır. Onun baş nazir olmasının Rusiya tərəfi üçün kifayət qədər arzuolunmaz idi”, - deyə müəllif məqaləsində qeyd edib.

Paşinyan komandasının bəzi üzvlərinin müxtəlif məqamlarda səsləndirdiyi anti-Rusiya ifadələri Ermənistandakı hazırkı siyasi komandanın Rusiya tərəfi ilə siyasi gündəmə çox da sadiq olmadığını göstərir. Son bir il yarım ərzində Paşinyan və komanda yoldaşları, mümkün olan hər variantda Rusiya tərəfinə olan münasibətlərini (Gürcüstan parlamentindəki anti-Rusiya hərəkətləri zamanı salonu tərk etmək, Rusiya ilə bağlı AŞPA-dakı məlum səs vermə, anti-Rusiya rəsmilərinin açıq-aşkar vəzifələrə təyin edilməsi, erməni rəqəmsal telekanalları siyahısından rus dövlət telekanallarının ehtimal edilən çıxarılması və sairə) nümayiş etdirirlər.

Bütün bunlarla yanaşı, Rusiya liderinin ümumi geosiyasi marağı nəzərə alması və hər hansı bir tədbir görməzdən əvvəl bütün mümkün riskləri qiymətləndirməsi məntiqlidir. Buna görə də Cənubi Qafqaz Dəmir Yollarının istismarının məlum problemi kimi mövzuların erməni reallığında dolaşması təsadüfi deyil, bu halda, deyilən məqam reallıq olduğu təqdirdə Ermənistan həqiqi təhlükəsizlik təhdidi ilə üzləşə bilər.

Yaxud, deyək ki, hər zaman haqqında söhbət edilən qazın satın alma qiymətinin yaxın gələcəkdə 30-35% -ə kimi bahalaşma ehtimalı bunlardan biridir. Bunlar heç vaxt təsadüf sayıla bilməyən məsələlərdir, çünki siyasətdə heç nə unudulmur.

Alpər Mövludoğlu
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Ermənistan-Rusiya   Böhran  


Bizi "telegram"da izləyin