Erməni hərbi ekspert: “Ermənistanın hərbi xərcləri Azərbaycanın hərbi xərclərindən geri qalır”

2019/10/345-1571742423.jpg
Oxunub: 30577     17:06     22 Oktyabr 2019    
“Azərbaycanın 2020-ci il üçün büdcə lahiyəsinə əsasən, müdafiə xərcləri 3 milyard 853 milyon manat (təxminən 2 milyard 267 milyon dollar) təşkil etməlidir ki, bu da ötən ilin 3 milyard 187 milyon manatından 20,9 faiz çoxdur”.

Ordu.az erməni KİV-lərinə istinadən xəbər verir ki, bunu erməni hərbi ekspert, “Razm.info” saytının koordinatoru Karen Vrtanesyan bildirib.

O qeyd edib ki, ümumiyyətlə, Azərbaycanda büdcə artması rəsmi olaraq iqtisadi artımla izah olunur.

“Eyni format 2019-cu ilin iyununda cari ilin büdcəsində, o cümlədən müdafiə xərclərinin artırılmasında verilmişdi. Lakin müharibəyə hazırlaşan ölkə üçün hərbi büdcənin artırılmasının haqlı olduğu məntiqlidir. Azərbaycan heç vaxt Qarabağ problemini hərbi yolla həll etmək istəyini gizlətməyib”,- deyə Vrtanesyan bildirib.

Vrtanesyan qeyd edib ki, Ermənistanın hərbi xərcləri Azərbaycanın hərbi xərclərindən geri qalır.

“Lakin biz ümumi büdcəmizə və iqtisadi artımımıza uyğun dərəcədə müdafiə xərclərimizi ardıcıl olaraq artırmalıyıq. Ümumi büdcə artımına paralel olaraq müdafiə xərcləri də ən azından eyni mütənasibliklə artmalı idi”, - deyə o bildirib.

Alpər Mövludoğlu
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Ermənistan-ordusu   Hərbi-xərclər  


Bizi "telegram"da izləyin