Paşinyanın şəxsi ambisiyalarının əks olunduğu populist erməni büdcəsi

2019/10/timth-1570530057.jpg
Oxunub: 651     17:37     22 Oktyabr 2019    
Azərbaycan Maliyyə Nazirliyi ölkənin müdafiə və milli təhlükəsizliyi üçün xərclərin artdığını göstərən 2020-ci il üçün büdcə layihəsini açıqlayıb. Müdafiə və milli təhlükəsizlik üçün təxminən 2,3 milyard dollar ayrılması planlaşdırılır ki, bu da ötən il üçün müqayisədə 21% çoxdur.

Qeyd edək ki, Azərbaycanda müdafiə xərclərinin artması mahiyyətcə sistematik xarakter daşıyır. Demək olar ki, hər il büdcə layihəsi dərc olunanda məlum olur ki, bu sahədəki xərclər əvvəlki dövrlə müqayisədə artırılıb.

“Bu kontekstdə sentyabrın 30-da Ermənistan hökuməti tərəfindən qəbul edilən gələn ilin büdcə layihəsinin daha çox dinc xarakterli olması aydın deyil, hərbi müdafiə xərcləri indiki cəmi 300,5 milyard dramdan 303 milyard dramadək, cəmi dövlət büdcəsindəki hərbi xərclər 0.8% (bu rəqəm inflyasiya səviyyəsindən aşağıdır və müqayisəli qiymətlə praktik olaraq azalma deməkdir) artırılıb. Ümumi dövlət büdcəsinin xərc hissəsi payının 14% artacağı gözlənilməklə, təxminən 4 milyard dollar xərc hissəsi olacağı proqnozlaşdırılır. Xüsusilə 2020-ci il büdcəsi üzrə səhiyyə xərcləri 21% artırılacaq, təhsilin maliyyələşdirilməsi 15%, sosial təminat sahəsinin xərcləri 10% isə artacaq”, - deyə erməni müəllif Armen Kareyan bildirib.

O qeyd edib ki, Azərbaycanla Ermənistanın hərbi xərclərinin həcmi arasındakı nisbi uçurum və Azərbaycanın çox milyonlarla dollarlıq silah ticarətinin nəyə gətirib çıxara biləcəyinin uzun müddət izah edilməsinə ehtiyac yoxdur.

Onun sözlərinə görə, yaranmış bu vəziyyət Ermənistan hakimiyyətindən büdcənin əslində olduğundan daha tarazlaşdırılmış bir yanaşma nümayiş etdirməsini tələb edəcəyi güman edilirdi.

“Doğrudur, məsələnin spesifikliyini nəzərə alaraq Ermənistanın hərbi xərcləri haqqında tam məlumat əldə etmək üçün büdcə layihəsinə baxmaq həqiqətən yanlışdır, amma bu məntiqə əsaslanarsaq, eyni məntiqlə, Azərbaycanın hərbi xərcləri ilə bağlı verilən rəqəmlər çox şərti sayıla bilər və faktiki məbləğlərin bir neçə milyard dollar deyil, bir neçə onlarla milyard olduğunu düşünmək olar”, - deyə Kareyan qeyd edib.

Bəs, Ermənistan hökumətinin hərbi xərc maddələrini yox, səhiyyə və ya təhsil sahəsinə xərcləri 10 və ya 20 faiz artırmaqla, demək olar ki, yalnız sosial yönümlü olan bir dövlət büdcəsini yaratmaqda məqsəd nədir?

“Belə bir əhatəli bir plan hazırlamaqla hökumət, hər şeydən əvvəl, özü üçün ən başlıca problemi - liderin siyasi ambisiyaları məsələsini həll etməyə çalışır. Təxminən 1.5 il ölkəni idarə edən Paşinyan, hakimiyyət üçün əsl ictimai, aşınmayan bir zəmin yaratmaq, insanların heç olmasa yavaş da olsa nəsə edilir deyə düşünmələri təmin etməyə çalışır. Lakin o, prosesin davam etməsi və bunun üzərində cəmiyyətdə müsbət gözləntilərin qurulması barədə vəzifə daşıyır, yəni onlar əhalinin ayağa qalxmaması, sabah hər şeyin yaxşı olacağına inanmağa davam etməsini təmin etməyə çalışırlar. Beləliklə, “daha vacib” məsələlərin həllinə üstünlük verərək milli təhlükəsizlik təhdidlərinə adekvat reaksiya verilməməsinin vacib olduğu populist bir büdcə layihəsi ilə qarşı-qarşıya qalmışıq. Hökumət əslində müharibənin olmayacağına ümid edilən bir büdcə layihəsini təqdim edir”, - deyə erməni müəllif bildirib.

Alpər Mövludoğlu
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

Teqlər: Paşinyan   Hərbi-xərclər  

Paşinyanın şəxsi ambisiyalarının əks olunduğu populist erməni büdcəsi

2019/10/timth-1570530057.jpg
Oxunub: 652     17:37     22 Oktyabr 2019    