Andranik Köçəryan fəaliyyətə başlayıb - Tonoyan getməlidir

2019/10/23423-1571739876.jpg
Oxunub: 543     17:24     22 Oktyabr 2019    
Aprel döyüşünün təfərrüatlarının araşdırılması komissiyası əslində Ermənistan Müdafiə Nazirliyi ilə bağlı məsələdə Andranik Köçəryana müəyyən imkanlar verir. Köçəryan keçmiş Müdafiə naziri Vağarşak Harutyunyan və general Norat Ter-Qriqoryantsı da öz komandasına cəlb etməklə sanki alternativ bir MN quraraq, özünü fəaliyyətdə olan generallara məsləhətçi kimi aparır.

Ancaq Andranik Köçəryan təkcə bununla kifayətlənmir. Paşinyanla keçmiş MTX direktoru Artur Vanetsyan arasındakı əlaqələri korlamaq üçün xeyli səy göstərib. Nəhayət məqsədinə çatdı və münasibətlər o qədər gərginləşdi ki, Artur Vanetsyan istefa verməli oldu.

Andranik Köçəryanın əsas hədəfi David Tonoyan olaraq qalmaqda davam edir. O, ondan yaxa qurtarmaq üçün əlindən gələni etməyə çalışır. Köçəryanın perespektiv planlarına Müdafiə naziri vəzifəsini tutma da daxildir.

Andranik Köçəryanın tərcümeyi-halına baxsaq, onun həmişə MN rəhbərlərini əhatə edən qaranlıq tarixçələrdə iştirak etdiyini görmək olar.

Erməni KİV-ləri Köçəryanın qaranlıq keçmişinə aydınlıq gətirir və aydın olur ki, o, uzun illərdir Müdafiə naziri olmaq arzusundadır. Buna görə də keçmiş nazirlərin hər şəkildə gözdən salınması proseslərində daim iştirak edib.

Tonoyanın istefası barədə şayiələr də təsadüfi deyildi. Köçəryan hərəkətə keçib və nəyin bahasına olursa-olsun David Tonoyanın istefasına nail olmağı qarşısına məqsəd qoyub. Yaxın gələcəkdə Köçəryanın Ermənistan ordusuna qarşı daha aqressiv davranmağa başlayacağını və Tonoyanın adı ilə bağalamağa çalışacağı səhvləri də görmək mümkün ola bilər.

Alpər Mövludoğlu
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

Teqlər: Ermənistan   Xaos   Tonoyan  

Andranik Köçəryan fəaliyyətə başlayıb - Tonoyan getməlidir

2019/10/23423-1571739876.jpg
Oxunub: 544     17:24     22 Oktyabr 2019    