Ordu.az erməni KİV-lərinə istinadən xəbər verir ki, bu barədə jurnalistlərlə görüşü zamanı Ermənistan parlamentinin sabiq vitse-spikeri Eduard Şarmazanov bildirib.
Şarmazanov bu müddət ərzində Türkiyə və Azərbaycan tərəfindən təşkil olunmuş bir sıra hərbi təlimlər, Ermənistana qarşı konkret hərbi fəaliyyət haqqında xatırlatma edib.
“Qarabağ məsələsi ilə bağlı bir-birinə zidd olan bəyanatlar edilir. Bu bəyanatlar danışıqlarda Ermənistanın mövqelərini zəiflədir”, - deyə o qeyd edib.
Şarmazanov, Paşinyanın “Ermənistanın hərbi büdcəsi kəskin artacaq” sözlərini xatırladıb: “Bu gün Azərbaycan hərbi büdcəsini 20 faiz artırır, biz isə demək olar ki, artırmırıq. Burada bizim söz və iş arasında uyğunsuzluğumuz var. Mən sərt açıqlamalar vermək, Baş nazirin yalan danışdığını demək istəmirəm, lakin bizim bir adamla işimiz var. Bu adam ən vacib məsələdə bir şeyi bildirir, lakin başqa bir şey edir”.
Şarmazanovun sözlərinə görə, Azərbaycanın hərbi büdcəsini 20 faiz artırması vəziyyətində şərab şüşəsi ilə partilər təşkil etmək, realiti şoularla insanları əyləndirmək dövlət rəhbərinin vəzifələrinə daxil edilə bilməz.
“Ölkədə ailə şəkilləri paylaşmaqdan daha vacib məsələlər var. Mən bu şəkillərin paylaşılmasına qarşı deyiləm, lakin Azərbaycan hərbi büdcəsini artırır, sən isə vədini yerinə yetirmirsən, bu, narahatvericidir”, - deyə Şarmazanov narahatlığını gizlətməyib.
Alpər Mövludoğlu
Ordu.az