“Təhlükəsizlik məsələləri öncədən Paşinyan üçün prioritet təşkil etmirdi” - Şarmazanov

2019/10/456-1571739433.jpg
Oxunub: 690     14:20     22 Oktyabr 2019    
“Bu hakimiyyət və bu hökumət üçün təhlükəsizlik məsələləri öncədən prioritet təşkil etməyib. Onlar hər şey deyə bilərlər, amma aydındır ki, bu hökumətin prioriteti korrupsiya adı altında siyasi rəqiblərinə qarşı mübarizə, hakimiyyəti ələ keçirməsini məxməri demokratiya adı altında təqdim etməkdir. Ümumiyyətlə, erməni gündəmini, ordu quruculuğunu və təhlükəsizlik məsələlərində Paşinyanın güclü tərəfi heç vaxt olmayıb”.

Ordu.az erməni KİV-lərinə istinadən xəbər verir ki, bu barədə Ermənistan parlamentinin vitse-spikeri Eduard Şarmazanov 2020-ci il büdcəsində hərbi xərclər üçün ayrılan vəsaitə toxunarkən bildirib.

Qeyd edək ki, Ermənistan hökuməti 2020-ci il dövlət büdcəsi layihəsini təsdiqləyib. Azərbaycan gələn il hərbi büdcəsini 20% artırdığı halda, Ermənistan müvafiq olaraq, hərbi müdafiə xərclərini cəmi 0.8% artırır, yəni bu hazırkı 300.5 milyard dramdan 303 milyard dramadək artırılma deməkdir.

Büdcədəki rəqəmlər, Şarmazanovun təbirincə desək, ümumiyyətlə, Paşinyan və hökumətinin verdiyi ağız dolusu vədlərə cavab vermir.

“Hamımız büdcəni 800 milyon artırmaq, iqtisadi bir inqilab etmək barədə verdiyi vədləri xatırlayırıq. Ancaq 4.9 faizlə iqtisadi inqilab haqqında danışmaq mümkün deyil. Böyük immiqrasiyadan danışmağın isə gərəksiz olduğunu hesab edirik. Hətta Türkiyənin Suriyaya hücumundan sonra belə hökumətin demək olar ki, bəyanatlardan başqa heç bir proqramının olmadığını görürük. Suriyalı ermənilərin Ermənistana köçməsini təşkil etmək də daxil olmaqla, hökumətin heç bir planı yoxdur. Eyni şey hərbi büdcəyə də aiddir. Cənab baş nazir hərbi xərcləri artıracağını və hərbi potensialı gücləndirəcəyini vəd edirdi, lakin əlbəttə ki, 0,8 faiz yeni hökumətin vəd etdiyi rəqəm deyil”, - deyə o vurğulayıb.

Şarmazanov deyib ki, Paşinyanın hərbi büdcənin kəskin artması ilə bağlı populist açıqlamalarından başqa, 2020-ci il üçün planlaşdırılan bu kiçik artımın onun təhlükəsizlik sahəsindəki siyasətinə verdiyi münasibətlə üst-üstə düşür.

“Düzəltməyə çalışıram, amma yalan deməyim, vədlərin yerinə yetirilməməsi siyasəti həyata keçirilir. Bu hökumət bir şeyi deyir, başqa bir şey edir. Burada Hrant Baqratyanla razıyam ki, verdiyi vədlərin yerinə yetirilmədiyini görən Paşinyan yeni həbslərə başlayır, lakin hökumət yalnız MTX və 6-cı şöbədən ibarət deyil”.

Erməni parlamentinin sabiq vitse-spikeri, təhlükəsizlik baxımından deyil, həm də qlobal təhlükəsizlik siyasəti baxımından problem yaşaya biləcəklərindən narahat olduğunu gizlətməyib: “Ölkəmin keçmiş MTX rəhbəri baş nazirə, dur və ayıl deyirsə, MTX-nin keçmiş rəhbəri birbaşa rəhbərinə prioritet və ikinci dərəcəli məsələ bir-birindən fərqləndirilməlidir deyirsə, Qarabağın generalları və ordu quruculuğunun keşiyində duran insanların böyük bir hissəsi ümumiyyətlə Qarabağla bağlı aparılan siyasətə qarşı çıxırsa, daha söhbət nədən gedə bilər. Mən əvvəldən demişəm ki, Paşinyanın təhlükəsizlik sahəsində yürütdüyü siyasəti narahatedicidir”.

O, Azərbaycanın Türkiyə ilə hərbi paradlar təşkil etdiyini, sayca 3-cü təlim keçirdiyini, Ermənistan hakimiyyətinin isə həmin anda generalları gözdən salmaq, həbs etmək və ya ittiham etmək, ən əsası aprel komissiyası qurduğunu, Qarabağda xəyanətkarlar qüvvələr axtardığını vurğulayıb.

“Bütün bunlara sərf olunan enerji təhlükəsizlik sistemimizi gücləndirməyə sərf edilməli idi”, - deyə Şarmazanov sözlərini yekunlaşdırıb.

Alpər Mövludoğlu
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

Teqlər: Ermənistan   Hərbi-xərclər   Paşinyan  

“Təhlükəsizlik məsələləri öncədən Paşinyan üçün prioritet təşkil etmirdi” - Şarmazanov

2019/10/456-1571739433.jpg
Oxunub: 691     14:20     22 Oktyabr 2019    