Ordu.az erməni KİV-lərinə istinadən xəbər verir ki, bunu Ermənistan parlamentinin “Mənim Addımım” fraksiyasının deputatı, Ermənistan parlamentinin iqtisadi məsələlər üzrə daimi komissiyasının üzvü Hayk Sarkisyan 2020-ci il üçün dövlət büdcəsində hərbi müdafiə xərclərinin 0,8% artırılması məsələsinə toxunarkən bildirib.
Qeyd edək ki, Azərbaycan 2020-ci il dövlət büdcəsində müdafiə və milli təhlükəsizlik xərclərini təxminən 20 faiz artırıb.
“Hökumətimiz gəlirləri bərabər paylayır və onları xərclərə çevirir. Bu, yalnız bizim hökumətimizin məsələsi deyil. Əvvəlki illərdə də Azərbaycanın hərbi müdafiə büdcəsinin artırılması Ermənistanın hərbi müdafiə büdcəsinin artırılmasını üstələyib”, - deyə erməni deputat bildirib.
Erməni deputatın sözlərinə görə, hökumət vəsaitlərin qiymətləndirilməsini, xərclərin həyata keçirilməsini və büdcə paylanmasını ehtiyaclara, zərurətə görə yerinə yetirir.
“Məsələn, yolların təmiri hərbi əhəmiyyətə malikdir. Elə xərclər var ki, onlar Müdafiə Nazirliyinə göndərilmir, lakin dolayı yolla ölkəmizin müdafiə möhkəmliyini yüksəldir”, - deyə o son zamanlar artan etirazları sakitləşdirməyə cəhd edib.
Alpər Mövludoğlu
Ordu.az