Ermənistan MN mətbuat katibi: “Müdafiə büdcəsinə nə qədər vəsaitin əlavə olunduğunu və ya olunmadığını aydın söyləmək çətindir”

2019/09/Untit-1568014366.jpg
Oxunub: 9138     11:27     22 Oktyabr 2019    
“Hərbi büdcə kifayət qədər mürəkkəb təşkil edilmiş sənəddir və sənəddə rəsmi maliyyə hissələri reallığı tamamilə əks etdirmir”.

Ordu.az erməni KİV-lərinə istinadən xəbər verir ki, bunu Ermənistan Müdafiə Nazirliyinin mətbuat katibi Artsrun Hovhannisyan Ermənistan Milli Gündəm partiyasının həmtəsisçisi, “ArAr” fond şurasının təsisçi sədri Avetik Çalabyanın Ermənistanın 2020-ci il üçün dövlət büdcəsinin 14% artırılması ilə bağlı “Facebook” qeydinə toxunarkən bildirib.

O qeyd edib ki, müdafiə büdcəsində hər zaman gizli maddələr olur.

“Hökumətin ehtiyat vəsaitləri, kredit vəsaitləri, ianələr və çoxsaylı digər maddələr burada böyük yerə malikdir. Gizlilik prinsipindən çıxış edərək bunlar haqqında danışa bilmərəm. Buna görə də bu cür baxmaq, müdafiə büdcəsinə nə qədər vəsaitin əlavə olunduğunu və ya olunmadığını aydın söyləmək çətindir. Yalnız deyə bilərəm ki, iki maddə ilə 2020-ci il büdcəsində birmənalı olaraq 30 milyard dram artım olub”, - deyə Hovhannisyan bildirib.

Alpər Mövludoğlu
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Ermənistan-ordusu   Hərbi-xərclər  


Bizi "telegram"da izləyin