Erməni ekspert: “Ordu və ölkənin müdafiəsi borşla, kababla yox, silahla, hərbi texnika ilə olur”

2019/10/bezym-1571728113.jpg
Oxunub: 26203     14:07     22 Oktyabr 2019    
“Manipulyasiyalar ustası ordumuzun menyu müxtəlifliyini nümayiş etdirməklə ruhən doğma metodla özünü aldatmağa və insanları unutduraraq azdırmağa çalışır”.

Ordu.az xəbər verir ki, bunu erməni hərbi-siyasi ekspert Gevorq Gevorqyan öz “Facebook” səhifəsində qeyd edib.

O bildirib ki, xalq ordu və ölkənin müdafiəsinin borşla, kabab-barbekü ilə yox, silahla, hərbi texnika ilə olduğunu yaxşı bilidr.

“Bəs reallıqda, kulislərdə nə edir?

Müdafiə büdcəsi istisna olmaqla Ermənistanın 2020-ci il üçün ümumi dövlət büdcəsinin 14% artırılması proqnozlaşdırılır. Nikol rejimi fatiki olaraq qarşıdır ki, bu ümumi 14% artım müdafiə xərclərinə, hərbi büdcəmizə də aid olsun, çünki büdcə lahiyəsində eyni mütənasibliklə hərbi büdcə artırılmır. Bu vəziyyətdə, bir tərəfdən Naxçıvan hərbi qüvvələri Türkiyənin dəstəyi ilə intensiv şəkildə silahlanır, 150-200 km uzaqlığa qədər məsafəyə malik olan raket texnikaları ilə komplektləşdirilir, digər tərəfdən Azərbaycanın 2020-ci il dövlət büdcəsi lahiyəsində ümumi müdafiə büdcəsi 20,9% artırılır, hərbi büdcə artıq 2,267 milyard ABŞ dollarına çatdırılıb, bu məbləğdən konkret olaraq 945 milyon dolları yenidən silahlanmadır.

Bu gün biz həmişəkindən daha çox geniş miqyaslı hərbi əməliyyatların astanasındayıq, çünki Paşinyan hökuməti anti-milli siyasətlə Azərbaycan üçün münbit şərait yaradır. Sonuncu, hərbi təhdidləri ilə təkcə Qarabağa yox, eləcə də Ermənistana qarşı aydın şəkildə çıxış edir”, - deyə Gevorqyan bildirib.

Alpər Mövludoğlu
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Ermənistan   Hərbi-xərclər  


Bizi "telegram"da izləyin