Ordu.az erməni KİV-lərinə istinadən xəbər verir ki, bunu Ermənistan Müdafiə Nazirliyinin mətbuat katibi Artsrun Hovhannisyan deyib.
Paşinyan seçkiqabağı çıxışlarında bildirirdi ki, Ermənistanın müdafiə büdcəsi artmalıdır, indi isə artmayacağını qeyd edir. Hökumət hərbi xərclərin artmasını dondurur, bu halda dövlət büdcəsinin 2020-ci il üçün 14 faiz artırılması proqnozlaşdırılır.
Nə üçün belə bir problem yaranıb? Ermənistan həqiqətən 2020-ci il dövlət büdcəsində hərbi xərclərin artırılmasını planlaşdırmayıb?
“Əgər hərbçiyə ona verilən pulun kifayət edib-etməməsini sual versəniz, o, deyəcək ki, on dəfə artığını da verin, azdır. Yəni, hərbçi həmişə deyir, çox, çox, çox. Burada sual fərqlidir. Bu sualda hökumət və qeyd edilən qurumlar hər zaman kompromisə gəliblər, çünki ölkənin mütənasib inkişafı digər istiqamətlərin də inkişafını tələb edir. Rəqibimizlə müqayisəyə gəldikdə isə hər birimiz bilirik ki, Azərbaycanın imkanları daha böyükdür. Digər bir məsələ budur ki, biz 2020-ci il dövlət büdcəsini sona qədər təqdim edə bilmərik. Müdafiə büdcəsi heç vaxt aydın anlaşılan olmayıb, hər zaman da cari il ərzində düzəlişlər olub”, - deyə Hovhannisyan bildirib.
Alpər Mövludoğlu
Ordu.az