Ermənistanın sabiq Müdafiə naziri Aprel döyüşlərini araşdıran komissiyaya dəvət olunub

2019/10/17207-1571664189.jpg
Oxunub: 29426     22:01     21 Oktyabr 2019    
Ermənistanın sabiq Müdafiə naziri Vağarşak Harutyunyan Aprel döyüşlərini araşdıran İstintaq Komissiyasına məsləhətçi qismində dəvət olunub.

Ordu.az erməni KİV-lərinə istinadən xəbər verir ki, o, bu gün komissiyanın növbəti qapalı iclasında iştirak edib.

Komissiyanın sədri Andranik Köçəryan jurnalistlərə bildirib ki, Harutyunyan komissiyaya məsləhətçi qismində dəvət olunub.

"Kiçik bir məsləhət verəcək. Vağarşak Harutyunyan yalnız və yalnız yaxşı məsləhətlər verə bilər", - deyə Köçəryan bildirib.

Alpər Mövludoğlu
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Ermənistan   Aprel-döyüşləri   İstintaq  


Bizi "telegram"da izləyin