Ordu.az erməni KİV-lərinə istinadən xəbər verir ki, hazırda Ermənistan Baş naziri Nikol Paşinyanın rəhbərliyi altında Təhlükəsizlik Şurasının öncədən planlaşdırılmış növbədənkənar iclası keçirilir.
İclas zamanı Nikol Paşinyan bildirib: "Bölgədə baş verən isti inkişaflar iclasımızla üst-üstə düşüb və bu gün bu münasibətlə də müzakirələrimiz olacaq. Əlbəttə, son zamanlar baş verən beynəlxalq əlaqələrlə bağlı fikir mübadiləsi aparacağıq, həmçinin Qarabağ məsələsinin sülh yolu ilə nizama salınmasıyla bağlı müzakirələrimiz olacaq".
Alpər Mövludoğlu
Ordu.az