Ordu.az xəbər verir ki, bunu Türkiyənin Azərbaycandakı səfiri Erkan Özoral "Barış Pınarı" hərəkatında mövcud durum barədə keçirdiyi mətbuat konfransında deyib.
Səfir bildirib ki, Azərbaycan istər "Barış pınarı" əməliyyatı, istərsə də bundan əvvəlki antiterror əməliyyatlarında Türkiyəyə verdiyi dəstəklə hər zaman önə çıxıb.
"Azərbaycan bununla bizim həqiqətən də bir millət, iki dövlət olduğumuzu bütün dünyaya nümayiş etdirdi", - deyə o qeyd edib. .
Onun sözlərinə görə, Suriyada 9 ildir ki, davam edən vətəndaş müharibəsinin ağrılarını və çətinliklərini Suriyadan sonra ən çox hiss edən ölkə Türkiyədir.
"Suriyadakı müharibələrdən qaçanlara ən çox Türkiyə qucaq açıb. Biz Türkiyə olaraq Suriyada sülhün bərpa olunmasını istəyirik", - deyə Özoral vurğulayıb.
Ordu.az