Ordu.az xəbər verir ki, bu barədə Ohanyanın vəkillərindən biri Karen Mejlumyan erməni KİV-lərinə açıqlamasında bildirib.
"Seyran Ohanyana göndərilən dəvətdə qeyd edilib ki, o, oktyabrın 21-də saat 09:30-da xəstəxanada olmalıdır. Bu, onun əlilliyi ilə bağlıdır. Bilirsiniz ki, protezlənmə problemi var, iki aydan bir həmin tibb müəssisəsində müvafiq, məcburi müayinə keçir", - deyə erməni vəkil bildirib.
Alpər Mövludoğlu
Ordu.az