Ordu.az erməni KİV-lərinə istinadən xəbər verir ki, bu barədə jurnalistlərlə söhbəti zamanı Ermənistan İstintaq Komitəsinin rəisi Hayk Qriqoryan məşhur Vanetsyan-Xaçatryan telefon danışığı məsələsinə toxunarkən bildirib.
Qriqoryan səsyazmanın qeydə alındığı yer barədə bundan əvvəl verdiyi bəyanatı xatırladaraq qeyd edib ki, ilkin istintaqın maraqlarından çıxış edərək işdən danışa bilməz.
"Vanetsyan və Sasun Xaçatraynın gizli dinlənilməsinin kənarda yazılma yeri məlumdur", - deyə o əlavə edib.
İstintaq Komitəsinin rəhbəri bildirib ki, ilkin istintaq normal məcrasında davam edir: "Bəli, bir sıra aşkar edilmiş hallar var, ancaq ilkin istintaq maraqlarından çıxış edərək, bu mərhələdə səsimizi yüksəltməyəcəyik".
Alpər Mövludoğlu
Ordu.az