Erməni siyasətçi: “Azərbaycan silahların alınmasına növbəti milyardını xərcləyir, erməni hökumətini komadan çıxmağa çağırıram”

2019/10/chala-1571653645.jpg
Oxunub: 24206     15:51     21 Oktyabr 2019    
“Həm Ermənistan hökumətini, həm parlamentin müdafiə və təhlükəsizlik məsələləri üzrə daimi komissiyasını, həm də parlamentin ayrı-ayrı deputatlarını bu xoşbəxt komadan çıxmağa, vəziyyətin məsuliyyətini anlamağa, Ermənistanın 2020-ci il büdcəsinin müdafiə vəsaitlərinə yenidən baxmağa və ətrafımızda gərginləşən real çağırışlara adekvat cavab verməyə çağırıram”.

Ordu.az xəbər verir ki, bunu Ermənistanın “Milli Gündəm” partiyasının təsisçi komissiya qrupunun üzvü Avetik Çalabyan öz “Facebook” səhifəsində yazıb.

O, Azərbaycan və Ermənistan büdcə layihələrində müdafiə xərclərini müqayisə edib.

“Həftəyə olduqca vacib məsələ ilə başlamaq istəyirəm. Cəmi 10 ay öncə bu barədə yazdım ki, Ermənistan hökuməti hərbi xərclərin artımını dondurur, bu şəraitdə ümumi dövlət büdcəsinin 2020-ci ildə 14% artımı proqnozlaşdırılır və düşmənin gərginləşən döyüş ritorikası şəraitində müdafiə xərclərinin ən azı mütənasib artımı zərurətdir.

Oktyabrın 18-də Azərbaycanın 2020-ci ildə dövlət büdcəsi lahiyəsi nəşr olunub. Ümumi dövlət büdcəsi xərclərinin 1,7% artmasına baxmayaraq, müdafiə büdcəsi 20,9% artaraq 2,267 milyard ABŞ dollarına çatır. Bu məbləğdən 945 milyon dolları silahların alınması və hərbi sənaye sərmayələri üçün planlaşdırılır.

Bu şəraitdə Ermənistan hökumətinin təqdim etdiyi 2020-ci il dövlət büdcəsi lahiyəsi ən azından çaşqınlıq yaradır. Mən bəzi mötərizələri açmaq məcburiyyətində qaldım”, - deyə Çalabyan qeyd edib.

Alpər Mövludoğlu
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Azərbaycan   Hərbi-xərclər  


Bizi "telegram"da izləyin