Ordu.az erməni KİV-lərinə istinadən xəbər verir ki, bunu erməni iqtisadçı ekspert Vardan Bostancyan 2020-ci il Ermənistan dövlət büdcəsi xərclərində hərbi müdafiə xərclərinin 0,8% artması məsələsinə toxunarkən bildirib.

O qeyd edib ki, Azərbaycanın hərbi müdafiə büdcəsi Ermənsitanın müdafiə üçün planlaşdırılan büdcəsini 6-7 dəfə üstələyir.
“Bu tendensiya indi də davam edir və bu, qüvvələrimizin balansı baxımından növbəti çətin ili yaradır”, - deyə ekspert qeyd edib.
Bostancyan Ermənistanın malik olduğu iqtisadi gəlirlərlə Azərbaycanla rəqabətə girməyin mümkün olmadığını da vurğulayıb.
Onun sözlərinə görə, Ermənistanda dövlət büdcəsi çox vaxt lazımsız yerlərə xərclənir, bu zaman isə hərbi müdafiə sahəsinin möhkəmləndirilməsinə ehtiyac duyulur.
Ermənistan hakimiyyətinin hərbi müdafiə büdcəsini artırmaq və silahlanmanı yeniləmək barədə seçkiqabağı vədlərinə toxunan iqtisadçı bildirib ki, bunlar sadəcə “havadan asılmış” sözlər idi və cəmiyyəti çaşdırmaq məqsədi daşıyırdı.
Alpər Mövludoğlu
Ordu.az